Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,7 dollar bahalaşaraq 78,95 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar azalaraq 77,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 72,44 dollar təşkil edib.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO