Bu il səhmdarlar “SOCAR Polymer Investments” MMC-yə 83 milyon manat kapital qoyuluşu həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.
Bildirilir ki, hesabat tarixindən sonrakı dövr ərzində “SOCAR Polymer Investments” MMC-nin digər səhmdarları olan “Vitol Black Sea V.L.L” MMC və “Ecoland” MMC “SOCAR Polymer Investments” MMC-nin nizamnamə kapitalına müvafiq olaraq 61 milyon manat (36 milyon ABŞ dolları) və 22 milyon manat (13 milyon dollar) məbləğlərində əlavə kapital qoyuluşları edib.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO