SOCAR cari ilin ikinci rübündə xam neft emalını artırıb.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, bu barədə neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı göstəriciləri şərh edərkən şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
O bildirib: “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə SOCAR-ın payının 11,65 faizdən 25 faizə yüksəlməsi şirkət tərəfindən ixrac olunan xam neftin miqdarını artırıb. Həmçinin cari ilin ikinci rübündə emal olunan neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olub”.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO