Kanadanın “Nova Scotia Power” şirkətinin verdiyi məlumata görə, şirkətə məxsus elektrik stansiyasından 5000 litr neft sızaraq Halifaks limanına tökülüb. Ərazi çirklənmədən təmizlənib. Şirkət sızmanın keçən həftənin cümə günü müşahidə olunduğunu bildirib və sızmanın həcmi ilə bağlı xəbəri təsdiqləyib.
“Nova Scotia Power” şirkətinin köməkçi şöbəsi “Halifaks- Emera Inc” şirkəti sızmanın yaranmasına saxlama çənindən keçən borunun səbəb olduğunu və boruda problemin yarandığını bildirib.
Qeyd edək ki, sızmanın 95 %-i neft, qalanı isə sudan ibarətdir.
theglobeandmail.com
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO