Hazırda Rumıniyada SOCAR ilə 43 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, Rumıniyada SOCAR ilə YDM şəbəkəsi 2011-ci ildən fəaliyyətdədir. Ölkənin 20 regionunda SOCAR-ın 43 yanacaqdoldurma məntəqəsi var. YDM-lərdə daha çox dizel (normal) və “Aİ-95” markalı benzin satılır. Son illər YDM-lərdə elektriklə işləyən avtomobillərin enerji ilə doldurulması məqsədilə avadanlıq da quraşdırılıb.
SOCAR-ın prezidenti San-Marino Respublikasının nümayəndə heyəti ilə görüşüb - FOTO
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar