Oğuz rayonunun dörd kəndinə qazın verilişi bu gün bərpa olunub.
“Azəriqaz” İB-dən bildirilib ki, avqustun 8-i axşam saatlarında Oğuz rayonunun Bucaq, Calut, Bayan, Muxas kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti avtomobillə vurularaq zədələnib. Nəticədə 1300 abonentin qaz təchizatında fasilə yaranıb. Kəndlərə qazın verilişi bu gün səhər saatlarında bərpa edilib.
SOCAR-ın prezidenti San-Marino Respublikasının nümayəndə heyəti ilə görüşüb - FOTO
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar