SOCAR karbamid zavodunun dekabrın ilk yarısında tam gücü ilə işləyəcəyi gözlənilir. "İki sahil"in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib. O bildirib ki, dekabrın 1-dək karbamid istehsalı 125-130 min ton, ixracı 100 min ton təşkil edəcək: “Karbamid istehsalının orta aylıq göstəricisi 50 min tondur, bu, sutkada təxminən iki min tona bərabərdir”.
X.Cəfərov əlavə edib ki, gələn il karbamid istehsalı 600-650 min tona, ixracı 500-550 min tona çata bilər.
SOCAR-ın prezidenti San-Marino Respublikasının nümayəndə heyəti ilə görüşüb - FOTO
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar