Aprelin 30-da səhər saatlarında Nərimanov rayonu, Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 millimetrlik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə vurularaq yararsız hala salınıb.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan “G-250” sənaye tipli qaz sayğacı və 100 millimetrlik siyirtmə, həmçinin “RDUK-100” tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO