SOCAR 2019-cu ildə neft-kimya məhsullarının satışından 3 914 milyon manat gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 0,5 % çoxdur.
"İki sahil" SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə SOCAR neft-kimya məhsulları üzrə gəlirləri 3 894 milyon manat təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi gəlirləri 83 752 milyon manat olub. Bu, 2018-ci il ilə müqayisədə 22,3 % azdır.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO