“SOCAR Enerqoresurs” və Rusiyanın Tümen vilayəti arasında sosial-iqtisadi əməkdaşlıq barədə saziş imzalanıb.
Sənəd Tümen neft-qaz forumu çərçivəsində imzalanıb.
“SOCAR Enerqoresurs”un baş direktoru Fərid Cəfərov bildirib ki, bu saziş yaxın dörd il ərzində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək.
O qeyd edib ki, şirkət regional rəhbərliklə səmərəli, uzunmüddətli əməkdaşlığı hədəfləyir. F.Cəfərovun sözlərinə görə, bu tərəfdaşlıq şirkəti inkişafına və Tümen vilayətində iqtisadiyyatın və sosial sahənin inkişafına xidmət edəcək. //Trend
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO