Cəbhə zonasındakı gərgin vəziyyətlə bağlı qaz təchizatı məhdudlaşdırılan bəzi ərazilərdə qazın verilişi bərpa olunub.
"İki sahil" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyində yaradılan qərargahın məlumatında deyilir. Oktyabrın 7-də saat 09:00-dan etibarən Füzuli rayonunun 5 yaşayış məntəqəsinə (Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Mirzənağılı, Əhmədalılar və Qazaxlar kəndləri) təbii qazın verilməsi təmin edilib. Hazırda Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir. Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təmin edilməkdədir. Digərlərində müvəqqəti olaraq qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı tam olaraq məhdudlaşdırılıb.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO