13 oktyabr 2020 13:13
2045

Azərbaycan əsgəri yeni tarix yazır!

 Düşmənin 7 tankını, 2 müşahidə məntəqəsini məhv edən əsgərlər

Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə igidlik göstərən əsgərlərimizlə bağlı məlumat paylaşıb.

"İki sahil" həmin məlumatı təqdim edir:

Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!