14 oktyabr 2020 11:20
1153

MN: “Su-25” təyyarəmiz vurulmayıb

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata bir daha rəsmi olaraq bildirilir ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir “Su-25” döyüş təyyarəsi havaya qaldırılmayıb.