Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.
Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır.
Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir.