16 oktyabr 2020 13:40
1058

Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb

Ermənistan hökuməti oktyabrın 16-da Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bugünkü siyahıda 29 nəfərin adı yer alıb.

Siyahıda 1960-70-ci illərdə anadan olmuş ehtiyatda olan hərbçilərin də adları qeyd olunub.

Bugünədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 633 nəfərə çatıb.