16 oktyabr 2020 13:47
1273

Ermənilər Ordubada raket zərbəsi endirib - FOTO

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.