17 oktyabr 2020 02:35
1028

Düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı Erməni terroru davam edir

Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə atəşə tutub.

"İki sahil"in məlumatına görə, AZƏRTAC-ın bölgəyə ezam olunan müxbiri xəbər verir ki, raket atəşi nəticəsində bir neçə yaşayış evləri dağılıb, xəsarət alanlar var. Yaralılar xəstəxanalara çatdırılıb, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hazırda mülki şəxslərin xilas edilməsi işləri aparılır.