Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri ötən gecə - oktybarın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutub.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, ermənilərin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbin qarşısına düşüb. Məktəbin 10-dan çox sinif otağına ziyan dəyib.
Həmin məktəbdən fotoreportajı təqdim edirik: