18 oktyabr 2020 18:03
995

ANAMA: Ermənilərin Xızı rayonu ərazisinə atdığı "S-300" raketinin qalıqları götürülür

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində "S-300" raketinin qalıqları aşkarlanıb”.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: “Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.