19 oktyabr 2020 09:59
637

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan 5 rayona 229 mərmi atıb

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

H.Hacıyevin sözlərinə görə, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb: 

“Tərtərə 160, Ağdama 63, Goranboya 6, 3 raket hücumu, 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə, 1 dron hücum."