19 oktyabr 2020 13:22
953

MN: Göygöldə mövqelərimiz atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərimizi atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, düşmən oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı atıcı silahlardan atəşə tutur.