19 oktyabr 2020 20:09
1138

Azərbaycanın Böyük Britaniya səfirliyinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Londondakı səfirliyinin binası önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Londonda yaşayan soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək oraya gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir, yaralılara şəfa diləyirlər.