23 oktyabr 2020 13:21
856

Ermənistan itkilərini açıqladı:  daha 27 hərbçi

Ermənistan ordusu Qarabağ döyüşlərində daha 27 hərbçisini itirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə düşmən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Ölənlərn arasında həm çağırışçılar, həm də muzdlu döyüşçülər var.

Xatırladaq ki, bu günə qədər Ermənistan rəsmi olaraq 927 hərbçisinin Qarabağda öldüyünü etiraf edib.