23 oktyabr 2020 22:40
804

Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib.

Bu barədə "İki sahil"-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq" deyə, məlumatda qeyd olunub.