23 oktyabr 2020 23:23
918

MN: Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir

Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Bu barədə "İki sahil"-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.