28 oktyabr 2020 13:34
651

Ermənistan daha 59 itkisini etiraf etdi

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 59 hərbçisinin adını açıqlayıb.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1068-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onların ölüm statistikası aparılmır.