28 oktyabr 2020 13:53
974

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var FOTO

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub. 

"İki sahil" xəbər verir ki, hadisə nəticəsində ölənlərin olduğu bildirilir. 

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev də məlumat yayıb: 

"Ermənistan Tərtərə raket hücumlarından sonra Bərdəni atəşə tutub. Ötən gün klaster silahları ilə Bərdədə mülki şəxslərin ölümündən heç bir dərs çıxarılmadı. Ermənistan hərbi işğalı və müharibə cinayətinə son qoymalıdır".