28 oktyabr 2020 14:17
694

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərindən şəhərləri tərk etməyə çağırıb.

"İki sahil" Oxu.Az-a istinadən xəbər  verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artur Ovannisyanın bununla bağlı müraciəti yayılıb.

“Bütün Xankəndi və Şuşa sakinlərindən təhlükəsizlik naminə müvəqqəti olaraq şəhəri tərk etmələrini xahiş edirik”, - deyə məlumatda bildirilib.