Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.