29 oktyabr 2020 12:50
818

MN: Azərbaycan HHQ-nin aviasiya vasitəsitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb.