30 oktyabr 2020 14:07
664

Ermənilər Ağdamda daha bir evi dağıtdı

Xəbər verildiyi kimi, bu səhər də Ermənistan humanitar atəşkəs rejimini pozub. 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub.

"İki sahil" xəbər verir ki, düşmənin növbəti təxribatı nəticəsində Ağdamın Əhmədağalı kəndindəki yaşayış evlərinə ciddi ziyan dəyib. 

İsmayılov Vəfa İsgəndər oğlunun həyətinə düşən mərmilər eyni zamanda vətəndaşın şəxsi təsərrüfatına da ziyan vurub.