31 oktyabr 2020 11:25
787

MN: Ordumuz Şuşanı atəşə tutmur

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Azərbaycan Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.