31 oktyabr 2020 12:16
993

Ermənilər Ağcabədiyə raket atıb, qəbiristanlıq dağılıb

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən atəşə tutub.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, oktyabrın 31-də düşmənin növbəti dəfə atdığı raketlərdən biri rayonun İmamqulubəyli kəndi ərazisindəki qəbiristanlığa düşüb. Nəticədə bir neçə qəbir daşı dağılıb.