31 oktyabr 2020 17:55
750

Ermənistanın atəşləri nəticəsində 91 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 455, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 465-dir.