31 oktyabr 2020 17:10
835

Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir

“Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verdiyi ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür", - o əlavə edib.