31 oktyabr 2020 19:01
825

MN: Azərbaycan Ordusunda qadağan olunmuş heç bir silah yoxdur

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur".

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Arsenalımızda olan silah-sursatla düşmənin istənilən nöqtəsini məhv etməyimizə gücümüz çatır", - o əlavə edib.