01 noyabr 2020 10:58
716

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyinən məlumat verilib.