02 noyabr 2020 11:02
1078

Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, bundan əlavə, Zəngilan istiqamətində mövqelərimizə hücum edən düşmən canlı qüvvə sarıdan 30-dək itki verərək Ermənistan ərazisinə geri çəkilib.