02 noyabr 2020 14:01
1017

Ermənilərin Ağdama atdığı mərmi məktəbə düşüb

Ermənistan silahlı qüvvələri Ağdam rayonunu atəşə tutur.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, düşmənin atdığı mərmilərdən biri rayonun Mahrızlı kəndində orta məktəb binasına düşüb.

Bundan başqa, rayon ərazisindəki muzey binası və evlərə də ciddi ziyan dəyib.