Paşinyan! Erməni əsgərinin yataq kisəsi haradadır?
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu sualla erməni fəal Vladimer Sarqisyan Ermənistan baş naziri Nikol Paşinyana sosial şəbəkədəki açıq müraciətində verib.
O bildirib ki, niyə erməni əsgəri səngərdə köstəbəy kimi torpağı qazıb selofanı altına salaraq yatıb.
Vladimer sözügedən əsgərin fotosunu da öz səhifəsində paylaşıb. Həmin paylaşımın altında Paşinyana qarşı çoxlu sayda neqativ şərhlər yazılıb və qeyd olunub ki, əsgərə göndərilən pullar və hərbi geyim yoxa çıxıb.