02 noyabr 2020 18:57
835

Düşmən növbəti dəfə Qubadlını atəşə tutur

Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur

Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur. Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən "İki sahil"ə məlumat verilib.