03 noyabr 2020 15:56
1471

Ermənilər yenə qəbiristanlığı vurdu 

Ermənistan silahlı bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. 

“İki sahil” qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün rayonun Səhləbad kənd qəbiristanlığı kasetli mərmi, raket və toplardan atəşə tutulub.

Nəticədə qəbiristanlıqda yüzdən çox məzara ziyan dəyib, 60-dan çox məzar daşı isə tamamilə dağılıb.