03 noyabr 2020 15:45
573

Düşmən ağır itkilərə məruz qalıb

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.