04 noyabr 2020 13:56
583

Müdafiə Nazirliyi: 3 tankın vurulması xəbəri yalandır

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə "İki sahil"ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir", - məlumatda qeyd olunub.