04 noyabr 2020 15:54
724

Salah Cerrardın rekordunu təkrarladı

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atalanta” üzərində qələbə (5:0) "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

“İki sahil” qol.az-a istinadən  xəbər verir ki, görüşdə fərqlənən misirli hücumçu turnirdə “qırmızılar”ın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb.

Bununla da, o, bu göstəricidə komandanın sabiq futbolçusu Stiven Cerrarda çatıb. Hazırda Salah Cerrarda birlikdə Çempionlar Liqasında “Liverpul”un ən çox qol vuran futbolçusudur.

Qeyd edək ki, 3 turdan sonra 9 xal toplayan “Liverpul” qrupun lideridir.