04 noyabr 2020 22:00
846

Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - Müdafiə Nazirliyi

Azərbaycana məxsus iki ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"-ə bildirilib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.