Son dəqiqə xəbərlərinə görə, Qarabağın ürəyi kimi təsvir olunan Şuşaya yaxınlaşan Azərbaycan Ordusu Hadrut və Füzuli istiqamətindən irəliləyərək Şuşanı cənubdan mühasirəyə almağa hazırlaşır. Qarşıdurmalarda erməni kapitan Ando Grikoryan öldürüldü.
"İki sahil" xəbər verir ki, bu fikirlər Türkiyənin Milliyyət qəzetində dərc olunan Seyfəttin Ersözün məqaləsində qeyd olunub.
Məqalədə qeyd olunur ki, Azərbaycan Ordusu Qarabağın ürəyi olan Şuşanı cənubdan mühasirəyə almağa hazırlaşır. Azərbaycan Silahlı Qüvvələri erməni işğalı altında olan Qarabağdakı torpaqlarını azad etməyə davam edir.
Qarabağın ürəyi olan Şuşaya yaxınlaşan Azərbaycan Ordusu Hadrut və Füzuli istiqamətindən irəliləyərək Şuşanı cənubdan mühasirəyə almağa hazırlaşır.
Azərbaycan Ordusunun Şuşa şəhər mərkəzindən 5 kilometr yaxınlaşdığı və Azərbaycan Silahlı Qüvvələrinin Şuşanın cənubunda yerləşən Daşaltı bölgəsinə çatdığı bildirilib.
Daşaltındakı toqquşmaların sərt şəkildə davam etdiyi və Azərbaycanın Şuşanı və ətrafındakı erməni mövqelərini atəşə tutduğu qeyd edilib.
Orxan Vahidoğlu, "İki sahil"