Azərbaycan Ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından 40 gün ötür. Bu müddət ərzində Azərbaycan Ordusu müharibə tarixlərinə düşəcək yeni bir səhifə açdı.
Trend-in məlumatına görə, düşmənə ciddi zərbələr vuran ordumuz torpaqlarımızı işğaldan azad etməkdə davam edir. Bu günə olan məlumata əsasən artıq 2618 kv. kilometr ərazi işğaldan azad olunub (ümumi 12088 kv. kilometrdən). Bu da işğal olunmuş ərazilərin 21,7%-i və ya ölkə ərazisinin 3%-ni edir.
Eyni zamanda rəsmi məlumata görə işğal olunmuş ərazilərdə olan 900 yaşayış məntəqəsindən 209-u azad olunub. Azad olunan yaşayış belədir:
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.