Baş Prokurorluğun Mətbuat Xidməti Ermənistanın təcavüzü nəticəsində çoxsaylı itkilərə məruz qalmış Gəncə şəhər sakinlərinin baş vermiş hadisələrə baxmayaraq, yenə də yüksək əhval-ruhiyyədə olmaları, ordumuzun yeni qələbə xəbərlərini səbirsizliklə gözləmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti video hazırlayıb.
"İki sahil" xəbər verir ki, videoları Baş Prokurorluğun “Youtube” kanalında izləmək mümkündür.