05 noyabr 2020 20:39
770

Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib - MN

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Bu barədə "İki sahil"-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.